Corcina Ronaldoya görə etiraz etdi - Baş məşqçi cavab verdi

Corcina Ronaldoya görə etiraz etdi - Baş məşqçi cavab verdi
  • İdman

  • Kriştiano Ronaldonun sevgilisi Georgina Rodriguez portuqaliyalı ulduzun İsveçrə matçına ehtiyat oyunçular sırasında olmasından danışıb.
     
    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo Portuqaliyanın DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrə ilə matçda ehtiyat oyunçular sırasında olub. O, matçın 73-cü dəqiqəsində oyuna daxil olana qədər stadiondakı azarkeşlər onun adını çağırıblar. 

    Kriştianu Ronaldonun sevgilisi Georgina Rodriguez sosial media hesabında bu haqda yazaraq sevgilisinin ehtiyat oyunçular sırasında olmasını pisləyib: 

    "Təbrik edirəm Portuqaliya. 11 oyunçu himni oxuyarkən bütün gözlər onların üzərində idi. Təəssüflər olsun ki, dünyanın ən yaxşı oyunçusunu 90 dəqiqə ərzində izləməkdən həzz ala bilmədik. Azarkeşlər onu istədi və adını hayqırmaqdan əl çəkmədilər. Ümid edirəm ki, dostun Fernando Santos əl-ələ verib bizi bir gecə daha həyəcanlandırarlar".

    Portuqaliya millisinin baş məşqçisi Fernando Santos İsveçrə üzərində 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları deyib: "Mən artıq Kriştiano Ronaldonu niyə ehtiyat oyunçular skamyasında saxladığımı izah etmişəm. Bu, oyun strategiyası idi. Bütün oyunçularım dəyərlidir, lakin onlar bir-birindən fərqlidirlər. Dalot və Raphael ilə başladıq, amma Kanselo da əla və fərqli bir futbolçudur. İsveçrə ilə qarşılaşmada bizə lazım olan heyətin bu olduğunu düşünürdüm. Ronaldo ilə aramızda heç bir problem yoxdur, uzun illərdir bir-birimizi tanıyırıq. Ronaldo nümunə göstərən böyük kapitandır".
    Günel
    PAYLAŞ:

    Oxşar xəbərlər