Dünya məhv olduqda insanlar bu əraziyə köçürüləcək - Alimlərdən şok açıqlama

Dünya məhv olduqda insanlar bu əraziyə köçürüləcək - Alimlərdən şok açıqlama
  • Maraqlı

  • Son illərdə dünyada baş verən təbii fəlakətlər, qlobal istiləşmənin artması, təbiətin çirklənməsi və qida böhranları alimləri daha çox araşdırma aparmağa vadar edir. Lakin bu tədqiqatlardan istənilən nəticə əldə edilməyib. 

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, son araşdırmalara görə, dünyanın ehtiyatları sürətlə tükənir və nüvə qiyamət ssenariləri sürət qazanmağa davam edir.  

    Ancaq bütün bunlara baxmayaraq, bəşəriyyət yeni ssenari hazırlayıb. İddiaya görə, mümkün kütləvi yoxa çıxma zamanı insanlar Saturnun ən böyük peyki olan Titanda məskunlaşacaqlar.

    Dünyanın məhv olacağı təqdirdə hazırlanan ssenariyə görə, insanlar Titan üzərində məskunlaşaraq həyatlarını orada davam etdirəcəklər. Bu iddia elmi fantastika filmlərində də tez-tez istifadə olunur.
    Aydın
    PAYLAŞ:

    Oxşar xəbərlər