Alimlər qadın və kişilər üçün ideal yuxu vaxtını açıqladılar – Bu saatlarda…

Alimlər qadın və kişilər üçün ideal yuxu vaxtını açıqladılar – Bu saatlarda…
  • Maraqlı

  • Sağlam həyatın sirrinin yatmaqdan keçdiyini deyən alimlər ideal yuxu vaxtını açıqlayıblar.

    Asiya.az
    xarici KİV-ə istinadən xəbər verir ki, siqaret, piylənmə və oturaq həyat tərzi xəstəliklər riskini artırsa da, araşdırmalar nizamsız yuxunun da bir faktor olduğunu göstərir.

    Əvvəlki araşdırmalar gecə yeddi ilə doqquz saatları arasında yatmağın yüksək təzyiqdən qoruduğunu aşkar etmişdi.

    Cənubi Çin Universitetinin tədqiqatçıları yuxu vərdişlərinin ürək sağlamlığına necə təsir etdiyini öyrənmək üçün hər yaşda olan 14 536 şəxs üzərində tədqiqat aparıblar.

    Nəticələr göstərib ki, adətən saat 23:00-da yatan kişilərdə erkən və ya gec yatan digər kişilərlə müqayisədə yüksək qan təzyiqi riski 32 faiz azdır. Ancaq bu zaman kəsiyi qadınlar üçün kişilərdən fərqlidir. Araşdırmaya görə, qadınlar üçün ən sağlam yatmaq vaxtı gecə yarısıdır.
    Aydın
    PAYLAŞ:

    Oxşar xəbərlər