BANKLAR ƏHALİ İLƏ MÜHARİBƏDƏ: YANVAR AYINA MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNİN TAM SİYAHISI – ARAŞDIRMA

BANKLAR ƏHALİ İLƏ MÜHARİBƏDƏ: YANVAR AYINA MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNİN TAM SİYAHISI – ARAŞDIRMA
  • Araşdırma / Sosial

  • Azərbaycanda bankların elə bir ayı yoxdur ki, məhkəmə çəkişmələri olmasın. 

    Tribunainfo.az-ın iqtisadiyyat şöbəsi xəbər verir ki, 2023 gəlib və ilin ilk ayında da bankların məhkəmə işləri var. Bu məhkəmə proseslərinin bir qismi ötən ildən qalıb, bir hissəsi isə yeni başlayır.
    Məlumdur ki, banklarla müştəriləri arasında tez-tez mübahisələr yaranır və nəticədə tərəflərdən biri məhkəmədə iddia qaldırır. 
    Azərbaycanda bankların elə bir ayı yoxdur ki, məhkəmə çəkişmələri olmasın.
    Tribunainfo.az-ın iqtisadiyyat şöbəsi xəbər verir ki, 2023 gəlib və ilin ilk ayında da bankların məhkəmə işləri var. Bu məhkəmə proseslərinin bir qismi ötən ildən qalıb, bir hissəsi isə yeni başlayır.
    Məlumdur ki, banklarla müştəriləri arasında tez-tez mübahisələr yaranır və nəticədə tərəflərdən biri məhkəmədə iddia qaldırır. Lakin heç bir halda məhkəmə prosesi bankların imicinə müsbət xal qazandırmır. Əksinə, vətəndaşın etimadsızlığı meydana çıxır, güvənsizlik yaranır. Eyni zamanda, bank rəhbərləri belə zənn edir ki, onların sistemi işləsin və əməliyyatlar apara bilsin deyə hətta risk qrupuna aid müştərilərə də kredit vermək lazımdır. İqtisadçıların fikrincə, bunun əsas səbəblərindən biri bankın idarəçiliyində olanların məsələyə yanaşmasıdır. Rəhbərlikdə təmsil olunanlar yüksək məvacib almaq məqsədi güdərək bir sıra yaş qrupları üzrə kreditlər ayırır, əməliyyatlar aparır. Bununla ictimai rəy yaratmağa çalışırlar ki, bank rentabelli işləyir.
    Amma bank rəhbərliyi nəzərə almır ki, kredit verdiyi müştərinin aylıq gəlirləri həmin ödənişləri sona qədər etməyə yetərlidir, ya yox… Bax, beləcə işlər məhkəməyə qədər uzanır. Faktiki olaraq, demək olar əksər bankların yanvar ayına məhkəmə çəkişmələri var. Biz hansı bankların yanvar ayı üzrə neçə məhkəmə işi olduğunu araşdırmışıq və ortaya ciddi rəqəmlər çıxıb. Məlum olur ki, liderliyi qoruyan “Kapital bank”dır və nə az, nə çox, düz 309 məhkəmə işi ilə öndədir. Digərlərinin siyahısını təqdim edirik:
    “KAPİTAL BANK” ASC 309
    “UNİBANK” ASC 246
    “YELO BANK” ASC 191
    “ACCESSBANK” QSC- 172
    “BANK OF BAKU” ASC 147
    “XALQ BANK” ASC 107
    “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC 107
    BANK VTB (AZƏRBAYCAN) ASC 82
    “RABİTƏBANK” ASC 72
    “EXPRESSBANK” ASC 63
    “BANK RESPUBLİKA” ASC 60
    “TURANBANK” ASC 41
    “MUĞANBANK” ASC 37
    BANK “BTB” ASC 31
    “AZƏR-TÜRK BANK” ASC- 31
    “PAŞA BANK” ASC 28
    “NAXÇIVANBANK” 17
    MELLİ İRAN BANKI BAKI FİLİALI 15
    YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC 13
    “AFB BANK” ASC 6
    “BANK AVRASİYA” ASC 5
    “ZİRAAT BANK AZƏRBAYCAN” ASC 3
    ” AZƏRBAYCAN SƏNAYE BANKI” ASC 3
    “GÜNAYBANK“ ASC 1
    “PREMİUM BANK” ASC 0

    Mövzü ilə bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda bank sektoru ilə əhali arasında başğlanmış müqavilələr tipik müqavilələrdir:
    “Yəni hansısa özəl qeydləri olan müqavilələr deyil. Çox vaxt vətəndaşlar bir neçə səhifəlik bu müqavilələri oxumadan imzalayırlar. Həmin müqavilələrdə kredit götürənin üzərinə daha böyük məsuliyyət düşür. Bu müqavilələri bank özü hazırladığı üçün özünə daha az məsuıliyyət yükləyir. Banklar da belə müqavilələri əldə rəhbər tutaraq vətəndaşların gecikmələri olarkən məhkəmələrə müraciət edirlər. Məhkəmələrdə minlərlə belə işlər var. Bu məhkəmələrə dırnaq arası baxılır. Ancaq bu olduqca ciddi problemdir.
    Burada həm məhkəmələr yüklənir, həm vətəndaş borclanır, həm də bankların işinə mane olur, toksik kreditlərin artması baxımından.
    Burada həm bankların, həm də vətəndaşların məsuliyyətli olması vacibdir. Vətəndaşlar daha diqqətli olmalıdır. Çünki borclanan o olur. Müqavilələrə səthi yanaşmamalıdılar, mümkün qədər müqavilə ilə ciddi tanış olmalı, imkan varsa hüquqşünaslarla məsləhətləşməlidilər”.
    N.Cəfərli qeyd edib ki, vətəndaşların bankla bağladığı müqavilə şərtlərinə dəyişiklik etmək hüququ var:
    “İnsanlar elə bilir ki, bankların ona təqdim etdiyi müqavilə qanundur, orada nə yazılıbsa qəbul etməlidir. Ancaq bilmirlər ki, özlərinin də müqavilə şərtlərinə dəyişiklik etmək hüquqları var. Vətəndaş özü də şərt irəli sürə, müqavilədə dəyişiklik edə bilər.
    Bu gün bütün banklar müqavilədə təxminən eyni mətni və şərtləri qeyd edirlər. Vətəndaşlar da pul almaq istədiyi üçün müqaviləyə baxmadan, araşdırmadan imzasını atır. Bu iki tərəfli problemdir. Banklar vətəndaşın hüquqlarının pozulmamasında maraqlı olmalıdır. Vətəndaşlar da öz məsuliyyətlərini dərk etməlidir ki, nəyə imza atır. Müqavilələrdə bütün fors-major situasiyalar qeyd ediləməlidir. Ancaq təəssüf ki, biz bunun şahidi olmuruq”.
    Nigar
    PAYLAŞ:

    Oxşar xəbərlər