Lalə Məmmədovanın atası vəfat etdi

Lalə Məmmədovanın atası vəfat etdi
  • Masallı / Cəmiyyət / Manşet

  • Bu gün, 10 yanvar tarixində coğrafiya elmləri doktoru, professor, əməkdar artist Lalə Məmmədovanın atası Nadir Məmmədov dünyasını dəyişib. 

    O, uzun zamandır ki, altsheymer xəstəliyindən əziyyət çəkib. Onun yaddaş pozuntusu son üç ildə daha da kəskinləşmişdi.

    Qeyd edək ki, Nadir Məmmədov 20 noyabr 1941-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.

    N.G.Məmmədov 2004-cü ildə “Azərbaycan Respublikası oronimlərinin təsnifatı və formalaşmasının əsas qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək coğrafiya elmləri doktoru adını alıb. O, 2006-cı ildən Bakı Dövlət Universitetinin professoru idi.

    Nadir Məmmədov 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Kiçik Müdafiə Şurasının” sədri, 2009-cu ildən isə “Böyük Müdafiə Şurasının” üzvü idi. Nadir Məmmədov 1969-2008-ci illərdə bir çox ölkələrdə, o cumlədən Türkiyədə, Qazaxıstanda, Dağıstan Muxtar Respublikasında, Gürcüstanda, Özbəkistanda, Başqırdıstanda olmuşdu. Moskva, Sankt-Peterburq, Tbilisi, Kızıl, Mahacqala, Ufa və başqa Ümumittifaq toponimik konfranslarda dəfələrlə elmi məruzə ilə çıxış edərək ölkəmizi təmsil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər