SƏNAN ƏTİRLİ TORPAQ - Şəhid Sənan Seyfullayevin xatirəsinə

SƏNAN ƏTİRLİ TORPAQ - Şəhid Sənan Seyfullayevin xatirəsinə
  • Masallı / Cəmiyyət / Manşet


  • Qanıyla torpağa Vətən yazanlar
     
    SƏNAN ƏTİRLİ TORPAQ
     

    Şəhid ailələri ilə hər görüşüm, valideynləri danışdırmaq mənə ağırdan da ağırdır. Elə vaxt olur ki, müsahiblərim kövrələrkən hətta özümü qınayır, çətin durumda qalıram. Qaziləri, igidlərimizin hərbçi yoldaşlarını dinləyərkən, bir neçə saatlığa o döyüş səhnələrini yaşayır, sanki iştirakçısına çevrilirəm. Bir neçə gün bu hisslərdən ayrıla bilmirəm. Və bu insanların hansı psixoloji durumda olduqlarını daha yaxşı anlayıram. Eyni zamanda düşünürəm ki, qəhrəman oğullarımızın şanlı döyüş yolunu işıqlandırmaq, onları tanıtdırmaq, tarixə qovuşdurmaq, yaşatmaq mənəvi borcumuzdur. Etiraf edim ki, həm ağrı-acılı, həm qələbə soraqlı bir kiçik yazı ilə şəhid ailəsinin, yaxınlarının, azacıq da olsa, könlünü alıb, onları ovundura biliriksə, mənən rahatlanır, özümüzü xoşbəxt hiss edirik...


    Onlar öz həyatlarını deyil, Vətəni düşündülər. Canları, qanları hesabına itirilən torpaqlarımızı qarış-qarış işğaldan azad etdilər. 30 ildən bəri sinəmizdən ağır daş kimi asılan, çarəsiz zənn etdiyimiz Qarabağ dərdinə 44 günlük Vətən savaşında məlhəm tapıldı.

    Azərbaycanımızın bütövlüyü naminə Sənan Seyfullayev kimi cəsur övladlarımız sinələrini düşmən gülləsinə sipər etdilər.

    Şəhid ailəsi ilə görüşərkən, o üzgün mənzərənin şahidi olanda, ürək yandıran sözləri eşidəndə övladını vaxtsız itirən valideynlərin nələr yaşadığını hiss edirsən. Xoş xəbər eşitmək ümidiylə 71 gün idi ki, Mətləb atanın, Sevda ananın gözləri yollardan yığılmırdı, ölümünə inanmırdılar Sənanın.

    Biz nə qədər nakam gəncin taleyinə acısaq da, göz yaşları içində boğulan doğmaları qədər alışıb-yana bilmərik, gücümüz ancaq onlara ürək-dirək verməyə çatır.

    30 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsində qəhrəmanlıqla şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan, 10 yanvar 2021-ci il tarixində şəhid olaraq tapılıb.

    Yanvarın 12-də Masallı rayonu igid oğlunu qarşılayıb izdihamla son mənzilə yola salıb. Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Sənan Seyfullayevin nəşi doğulduğu Ərkivan qəsəbəsində - şəhid mayor Anar Novruzovun, baş leytenant Sahib Şirəliyevin məzarı yanında torpağa tapşırılıb.
    Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin 9 yaşlı qardaşı Urufa təqdim edilib. Sənan subay idi. Ailədə bir bacı, iki qardaş olublar...

    Mazanov da dayıoğlu ilə birgə idi. Qucaqlaşıb, hal-əhval tutduq.

    Bizdən təxminən bir kilometr irəlidə isə düşmənin texniki və canlı qüvvəsi yerləşmişdi. Biz isə onlardan yüksəkdə mövqelənmişdik. Elə yüksəkliyi alarkən də ermənilərin dərsini əməlli-başlı vermişdik. Hətta beş zabit meyidini də qoyub qaçmışdılar.  

    Olan-qalan ərzağımızdan da Sənangilə pay verdim. “Allaha əmanət, özünüzdən muğayat olun!” deyə, sağollaşıb ayrılmışdıq.“

    Sənanın səngər yoldaşlarının dediklərindən:


    ləvazimat və ərzağımızı yuxarı qaldırsınlar. Üstündən 4 saat keçmişdi ki, mərmi dalğasına düşdüm, yaralandım. Sənan gələn kimi məni bu vəziyyətdə görcək başımı dizi üstə alaraq yardım etməyə çalışdı. Axşam saat 6-7 radələrində, hava qaralanda məni digər yaralılarımızla və şəhid yoldaşımızla birgə döyüş meydanından təxliyə etdilər. Dağdan aşağı enməyə 8 saat yarım vaxt sərf etdik. Bizi tibbi maşınlarla hospitala ötürdükdən sonra Sənangil “Qanlı Təpə”yə doğru irəlilədilər...”

    İbrahim Hüseynov: “...Bir neçə saatdan sonra Qubadlı şəhərinə çatdıq. Mövqeləndik. Bir neçə gün (25-30 oktyabr) orada qaldıq. 29 oktyabr, axşam saat 7-də “Qanlı Təpə” istiqamətində yola düşdük. Gecənin yarısı əraziyə çatdıq. Sübh namazından sonra iki qrup şəklində hücuma keçdik. Düşmənin yuvasını darmadağın edərək onları mövqelərindən qovduq, yüksəkliyi aldıq. Azad etdiyimiz postu möhkəmləndirir, düşmənə macal vermirdik ki, işğaldan azad olunan torpaqlarımızı geri alsınlar. Ərazidə qruplar şəklində səpələnmişdik ki, qarşı tərəfin qəfil artileriya atəşlərində yayına bilək. Lakin sonda biz fikirləşdiyimiz qədər də asan olmadıYanımıza düşən top mərmisindən 6 döyüşçü yoldaşımızı – Sənanı, Masimi, Sabiri, Ələmi, Rəcəbi, Elgizi itirdik, Mehman və mən yaralandıq...”

     

    Şəkildən məsum-məsum baxıb boylanan şəhid,

    İyirmi üç yaşında baxışı donan şəhid,

    Ömrün bahar çağında xatirə olan şəhid,

    Bizə Zəfər sevinci, göz yaşı nəsib etdi,

    Bütöv Azərbaycana güntək nur saçan şəhid.

     

    Bəli, Sənan nəinki bizimçün, valideynləri üçün, hətta gələcək nəsillər üçün də elə 23 yaşında qalacaq.

    Akif AĞAYEV,

    jurnalist-publisist.



    PAYLAŞ:

    Oxşar xəbərlər