"Azərbaycan xalqı üzərinə düşən məhsuliyyəti hiss edir" - Anar İsgəndərov

"Azərbaycan xalqı üzərinə düşən məhsuliyyəti hiss edir" - Anar İsgəndərov
  • Masallı / Araşdırma / Siyasət

  • “Bu il, yəni 2023-cü il Ümummilli Lider Heydər Əliyev ilidir. 1923-cü ildə Naxçıvanda anadan olmuş Ulu Öndər Heydər Əliyevin 2023-cü ildə anadan olmasının 100 illiyi tamam olur. Bütün Azərbaycan xalqı Ulu Öndərin 100 illiyini təntənəli keçirmək üçün üzərinə düşən məhsuliyyəti hiss edir və bu istiqamətdə fəaliyyətini davam etdirir”. 

    Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov bildirib.
         
    Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev həyatın bütün sahələri üçün Lider bir şəxsiyyətdir. Təbiidir ki, Ulu Öndər Azərbaycanda təhsil sahəsində kifayət qədər xidmətləri olan dövlət başçısı olub. Hələ Sovet dövründə hər il minlərlə azərbaycanlı gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərmək məhz Ulu Öndərin adı ilə bağlıdır. Təsadüfi deyil ki, nüfuzlu ali məktəblərə göndərilən tələbələr mütəxəssis kimi yetişir və böyük əksəriyyəti yenidən Azərbaycana qayıdırdı. Ümummilli Liderin təhsil sahəsində ən böyük xidmətlərindən biri də Azərbaycanda olan ali məktəblərin sayını artırması oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin və Azərbaycan tarixinin tədrisi ilə bağlı Sovet dövrünün bütün çətinliklərinə baxmayaraq lazım olanı etdi. Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycana gəldikdən sonra da təhsil sahəsində kifayət qədər fərman və sərəncamların verilməsinə nail oldu.
       
    Azərbaycanın təhsil sahəsində gördüyü işlərdən danışarkən Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətini də vurğulamaq lazımdır. Fondun prezidenti Birinci xanım Mehriban Əliyevanın bu sahədə gördüyü işlər də ölkəmizdə məhəbbətlə qarşılanır. Ümummilli Lider Heydər Əliyev təhsil, mədəniyyət, tarix və bir çox sahələrdə mümkün olan hər şeyi edib ki, bu gün Azərbaycan nəinki region, dünyanın ən inkişaf etmiş ölkələri sırasında öz yerini tutub”.
    PAYLAŞ:

    Oxşar xəbərlər