Masallı sakinlərindən odlu silahlar aşkarlandı - FOTO

Masallı sakinlərindən odlu silahlar aşkarlandı - FOTO
  • Masallı / Hadisə

  • Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son 10 gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.  

    Bundan başqa, şöbə əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Məmmədxanlı kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən C.Qafarov saxlanılıb.

    Ondan 1 ədəd ov tüfəngi və 2 ədəd çöl quşu aşkarlanıb.

    Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər