Urşan Tağıyev - 80

Urşan Tağıyev - 80
  • Masallı / Cəmiyyət

  • Masallı Gənclər Evində rayonun nüfuzlu şəxsiyyətlərindən biri, rayonda təhsilin inkişafında əməyi olan müəllim-yazar Urşan Tağıyevin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, iştirakçılar eyni zamanda yubiliyarın doğulduğu doğma kəndində həsr etdiyi “Kolatan və kolatanlılar” kitabının təqdimatını da keçiriblər.


    Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev yubilyarın ömür yoluna səyahət edib. 
     

    Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, yubilyarın şagirdi, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, müəllifin yeni işıq üzü görən kitabın rəyçisi, Azərbaycan Texniki Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov, kitabın sponsoru, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctima Birliyinin sədri Arzu Bağırova, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Qoşqar Hətəmov və başqaları çıxış edərək Urşan Tağıyevə xoş arzularını bildirib, ona diplom və qiymətli hədiyyələr təqdim etdilər.

    Yubilyar Urşan Tağıyev 80 illik yubileyinin keçirilməsinə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova, millət vəkili Anar İsgəndərova və iştirakçılara minnətdarlığını bildirib.
    Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
















    PAYLAŞ:

    Oxşar xəbərlər