"20 Yanvar bir ibrət tarixidir" - Anar İsgəndərov

"20 Yanvar bir ibrət tarixidir" - Anar İsgəndərov
  • Araşdırma / Sosial

  • “20 Yanvar özhaqq səsini dünyaya çatdıra bilib. Bunu ona əsasən deyə bilərik ki, Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni darmadağın etdi və şəhidlərimizin qanı yerdə qalmadı. Erməni faşistləri müdafiə edən havadarların arzusunu da ürəyində qoydu".

    Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

    Onun sözlərinə görə, 20 Yanvar Azərbaycan xalqının tarixində qəhrəmanlıq xatirəsidir: "Xalqın 70 il ərzində Sovet dövlətinə bəslədiyi ümid həmin gün qırıldı. Həqiqət 20 Yanvar günü üzə çıxdı. SSRİ deyilən imperiya heç vaxt bizim dövlətimiz, Moskva da bizim paytaxtımız olmayıb. Bizim dövlətimiz Azərbaycan, paytaxtı da Bakıdır. 70 il ərzində aparılan təbliğat yanlışdır, ermənilər də heç vaxt bizim dostumuz olmayıb".

    Deputat sözlərinə davam edərək bildirib ki, 20 Yanvar bir ibrət tarixidir: "Bu ibrətli tarix bizə bunları anlamaqda kömək oldu. 1990-cı ildən sonra xalq nə uğrunda mübarizə aparmaq lazımdırsa, o yolu seçdi. Nəhayət, öz dövlət müstəqilliyini bərpa etdi, sonra ərazi bütövlüyü uğrunda mübarizə apardı. Doğrudur, bu mübarizənin nəticəsində kifayət qədər şəhid verdi, yaralıları, şikəstləri oldu, amma xalqda vətənə olan məhəbbət artdı. Bu da təbii ki 20 Yanvardan doğan bir nəticədir. Qanlı yanvarın ilk günlərində çox göz yaşı tökdük, ancaq sonra dərk etdik ki, əliyalın bir xalq hər cür silahı, zirehli tankları olan insanlara qarşı mübarizə apara bilirsə, mübarizə aparan, şəhid verən tərəf qəhrəmandır. Bu qəhrəmanlıq da nəsildən-nəslə ötürüldü. 90-cı illərin qəhrəmanlığı bizi biraz da dünyaya tanıtdırdı. 44 günlük müharibədə isə biz bütün dünyaya sübut etdik ki, torpaq savaşında ən böyük silah vətənə olan məhəbbətdir. Vətən sevgisi olduqda hətta əliyalın Şuşanın sıldırım qayalarını da keçmək olur. Bugünkü gündə bütün dünya bu qəhrəmanlığı öyrənir. Traiximiz bizə çox şey öyrətdi və biz bu tarix sayəsində qalib gələ bildik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər