Hər kəsi güldürən Mister Bin haqqında BİLMƏDİKLƏRİNİZ

Hər kəsi güldürən Mister Bin haqqında BİLMƏDİKLƏRİNİZ
  • Maraqlı

  • Uşaqlığımızın ən sevimli komediyasının baş qəhrəmanı Mister Bini canlandıran Rowan Atkinsonu daha yaxından tanıyaq.
    Hamı Rowan Atkinsonu Mister Bin kimi tanıyır. AZXEBER.COM insanları sevindirməyi, güldürməyi bacaran bu istedadlı insan haqqında bir çox naməlum məlumatları bir araya toplayıb.
    1. Rowan Atkinson 1955-ci ildə 6 yanvar tarixində, Böyük Britaniyada dünyaya gəlib.

    2. O, avtomobil aşiqidir.
    Morris Minor onun ilk avtomobilidir. Daha sonra onun müvafiq olaraq Renault 5 GT Turbo, Honda Civic Hybrid, Austin Metro Audi A8, McLaren F1 avtomobillərinə sahib olduğu məlum olub. Onun "Mc Laren F1” avtomobili ilə qəza törətdiyi də məlumdur. Yük maşını sürməyi də sevdiyini deyən Rowanın yük maşını vəsiqəsi də var.
    3. Şəxsi həyatını gizli saxlamağı sevir.
    Rowan Atkinsonun həyat yoldaşı Sunetra Sastry hindistanlıdır. Atkinson yoldaşının hamilə olduğunu ailəsindən gizlədib. Bunu hətta öz ailəsindən də gizlətməsi onun qəribə xasiyyətə malik olduğunu göstərir.
    4. "Porsche”lərə nifrət edir.
    "Mənim "Porsche” ilə problemim var. Onlar əla avtomobillərdir, amma bilirəm ki, mən onları heç vaxt sürməyəcəyəm. Mən də bu avtomobillərə aşiq olan insanları başa düşmürəm”, - deyə o, açıqlamalarının birində deyib.
    5. İki Universiteti bitirib.
    O, kənd təsərrüfatı ilə məşğul olan ailənin övladıdır. Gəncliyində son dərəcə intellektli tələbə olub. Newcastle Universiteti və Oksford Universitetini bitirib. İki universiteti bitirmək hər kəsin işi deyil. Üstəlik, söhbət dünyada öz keyfiyyətini sübut etmiş iki son dərəcə əhəmiyyətli universitetdən gedir.
    6. Onu tanımayan çox az insan var.
    Hər kəs tərəfindən sevilən və baxılan məşhur teleserialların ilk 5-liyində "Mister Bin” olduğunu söyləyə bilərik. Bu serial 200-dən çox ölkədə yayımlanıb.
    7. Rowan Atkinson Mister Bin rolu ilə yaddaşda qalsa da o, 50-dən çox filmə çəkilmiş və bir neçə multfilm qəhrəmanını səsləndirmişdir.
    8. Aktyor təyyarə sürməyi bacarır. 2001-ci ildə təyyarə ilə Keniyaya uçarkən huşunu itirən pilot ayılana qədər təyyarəni Rowan idarə etmişdir.
    9. 2012-ci ildə Mister Bin təqaüdə çıxmışdır. Belə ki, aktyor bu rolun artıq onun yaşına uyğun olmadığını, buna fiziki gücünün də çatmadığını söyləyərək, Mister Bini canlandırmaqdan imtina etmişdir.
    Ayşən Mirzəyeva
    PAYLAŞ:

    Oxşar xəbərlər