Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
  • Lənkəran / Cəmiyyət

  • Ümümxalq Hüzn Günü ilə bağlı  yanvarın 20-də səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə və şəhid məzarlarına tər güllər düzüblər, ruhlarına dualar ediblər.

    İcra başçısı Taleh Qaraşov 20 yanvar şəhidlərinin ailə üzvləri ilə yaxından söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb. T.Qaraşov deyib ki, şəhid ailələri hər zaman dövlətin qayğısı ilə əhatə olunublar, bundan sonra da bu məsələ eyni qaydada davam edəcək. İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə diqqət və qayğının göstərilməsi məsələsinə birbaşa nəzarət edirlər. Onun sözlərinə görə, dövlətin ali rəhbərliyi şəhidlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılması məsələlərini bütün dövlət qurumlarının rəhbərlərinin qarşısında prioritet məsələ olaraq qoyub. Şəhid ailələri icra başçısı ilə söhbətlərində hər zaman dövlətin qayğısıyla əhatə olunduqlarını və buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

    Daha sonra Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar hadisələri əsasında səhnələşdirilən tamaşa nümayiş olunub. Gün ərzində ictimaiyyətin Şəhidlər Abidə Kompleksini ziyarəti davam edib. 
     
    Həmin gün saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.





    PAYLAŞ:

    Oxşar xəbərlər