Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda toxunulmaz şəxs oldu

Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda toxunulmaz şəxs oldu
  • Cəmiyyət

  • Türkmənistanda "Türkmən xalqının ümummilli lideri haqqında” konstitusiya qanunu eks-prezident Qurbanqulu Berdiməhəmmədov və onun ailə üzvlərinə toxunulmazlıq hüququ və bir sıra digər imtiyazlar verib.

    Artıq hazırkı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sözügedən konstitusiya qanununu imzalayıb.

    Qeyd olunur ki, yanvarın 21-də Türkmənistan parlamentinin iclası keçirilib və orada eks-prezident Qurbanqulu Berdiməhəmmədova ümummilli lider statusunun verilməsi qərara alınıb.

    Qanun ümummilli liderin və onun ailə üzvlərinin dövlət himayəsinin təmin edilməsini, həmçinin hüquq və azadlıqlarının, həyatının, şərəf və ləyaqətinin qorunmasını nəzərdə tutur.

    Eyni zamanda Türkmənistanın ümummilli liderin qanuni fəaliyyətinə mane olmaq, onun şərəf və ləyaqətinə zidd hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.
    PAYLAŞ:

    Oxşar xəbərlər