Ərkivanda səyyar görüş-qəbul keçirildi

Ərkivanda səyyar görüş-qəbul keçirildi
  • Masallı / Araşdırma / Sosial

  • Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqların icrası, əhalini narahat edən problemlərin yerlərdə həlli məqsədilə Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazilərdə səyyar qəbulları davam edir.

    Asiya.az
    xəbər verir ki, RİH başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Ərkivan qəsəbəsində keçirib.
    Yanvarın 25-də “Ərkivan” şadlıq sarayında gerçəkləşən görüşdə rayon rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar, ziyalılar, qəsəbə sakinləri iştirak ediblər.

    Görüş iştirakçılarını salamlayan RİH başçısı Araz Əhmədov səyyar qəbulu açıq elan edib.
    Vətəndaşların sosial müdafiəsinin təmin edilməsinin dövlətimizin əsas strateji vəzifələrindən olduğunu diqqətə çatdıran rayon rəhbəri respublika Prezidenti cənab İlham Əliyevin hərtərəfli qayğısı sayəsində zamanla problemlərin aradan qaldırıldığını və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

    10 avqust 2022-ci il tarixdə Ərkivan ərazisində sakinlərlə görüşü zamanı edilən müraciətlərin həlli ilə bağlı məlumat verildikdən sonra İcra başçısı qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı onların müraciətlərini dinləyib.

    Sakinlərdən Əfrail Fərziyev, Həmid Mənsimov, Akif Ağayev, Müşfiq Nuriyev, Rəna Qurbanova, Cəfər Cəfərov, Məmmədağa Şiriyev, Firdovsi Abbasov, Ramiz Əliyev, Mənijə Yəhyayeva, Mirəyyub Əliyev, Elmira Kazımova, Niyaz Abiyev, Səxavət Səfərov qəsəbə mərkəzində işıqforun quraşdırılması, 1 və 3 saylı məktəblərin təmiri və ya tikintisi, Bağlakücədə abadlıq işlərinə maneçilik törədən qaz xəttinin yerinin dəyişdirilməsi, piyada keçidləri, qəsəbənin tanınmış insanlarının adlarının əbədiləşdirilməsi, sosial evlərin tikintisi, Allahyarlı, Qızlaküçə və digər yaşayış massivlərinə asfalt örtüyü döşənməsi, su-kanalizasiya xəttinin çəkilməsi, SİP kabelləşmə, rabitə xəttlərinin yenilənməsi və s. məsələlər barədə müraciət və təkliflərini səsləndiriblər.

    Çıxışlarda rayonda, o cümlədən qəsəbədə görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıq ifadə olunub. 

    Görüşü yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov həlli mümkün məsələlərin icrası istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verib. Bir neçə müraciətlə bağlı vətəndaşlara qanunamüvafiq izahat verilib, digərləri nəzarətə götürülüb.








    PAYLAŞ:

    Oxşar xəbərlər