"Iranda Azərbaycan səfirliyinə hücum, insan itkisinin olması hər birimizi kədərləndirdi. Baş verən terror təkcə Azərbaycana deyil, beynəlxalq hüquqa hücumdur!
Bu hadisənin davamlı hal alması beynəlxalq hüquqda mənfi bir tendensiya yaradır. Bununla bağlı beynəlxalq qurumlar artıq hərəkətə keçməlidir. BMT başda olmaqla, beynəlxalq konvensiyaların iştirakçısı olan dövlətlər buna münasibət bildirməlidir. Bu gün Azərbaycana qarşı baş verən hadisəyə susqunluq göstərilsə, sabah başqa bir dövlətə qarşı da ola bilər.
İranın nağılabənzər açıqlamasını qəbul etmirik, bu, ailə məsələsi yox, İranın apardığı siyasətdir. Terroru qınayır və pisləyirik, hüquqi qiymət tələb edirik!".