Millət vəkili Masallıda seçicilərini qəbul etdi - FOTOLAR

Millət vəkili Masallıda seçicilərini qəbul etdi - FOTOLAR
  • Masallı / Araşdırma / Sosial

  • Millət vəkili Məşhur Məmmədov Masallıda seçiciləri ilə görüş-qəbul keçirib.

     

    Asiya.az xəbər verir ki, 28 yanvar 2023-cü il tarixində keçirilən görüş YAP Masallı rayon təşkilatında baş tutub. 

     

    Qəbulda millət vəkilinin köməkçiləri ilə yanaşı Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov iştirak edib.

     

    Qəbulda şəhid ailələri, qazilər olmaqla ümumilikdə 22 nəfər vətəndaş iştirak edib.

     

    Deputat seçicilərini dinləyib, qarşılaşdıqları problemlərin həlli üçün yerindəcə adiyatı qrumlarla əlaqə saxlayıb, təklif və tapşırıqlar verib. Digər şikayətləri isə müvafiq qurumlar qarşısında qaldıracağını və onların müsbət həll olunacağını bildirib.

     

    Seçicilər yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-preziden Mehriban xanım Əliyevaya və millət vəkilinə öz minnətdarlıqlarını bildiriblər.  












    PAYLAŞ:

    Oxşar xəbərlər