Masallıda idman festivalı keçirildi - VİDEO/FOTO

Masallıda idman festivalı keçirildi - VİDEO/FOTO
  • Masallı / İdman / Manşet

  • Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi ”SXM-nin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkda “2 fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə idman festivalı keçirilib.

    Asiya.az
    xəbər verir ki, 28 yanvar 2023-cü il tarixdə keçirilən festival “Gənclər həftəsi” çərçivəsində baş tutub.
     
    Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Asiya.az-a açıqlamasında "festivalın keçirilməsinin əsas məqsədi idman növlərinə gənclərdə maraq oyatmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və gənclər arasında fiziki aktivliyi artırmaqdan ibarətdir" - deyib. 

    Qeyd edək ki, festivalda cüdo, taekvondo, boks, güləş, voleybol və futbol idman növlərində iştirakçılar bacarıqlarını göstəriblər. Həmçinin idmançılar, məşqçi müəllimlər və şəhər sakinləri Heydər Əliyev adına parkında yeni yaradılmış idman qurğularından istifadə ediblər.
     



    PAYLAŞ:

    Oxşar xəbərlər