Masallıda “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib

Masallıda “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib
  • Masallı / Sosial

  • Yanvarın 30 -da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Gənclər və İdman İdarəsi (MGİİ), Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

    Asiya.az
    xəbər verir ki, Muzeydə baş tutan tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, qazilər və gənclər iştirak etdi.
    Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi
    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edərək 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olması , məhz Ulu Öndərin hakimiyyəti illərində dövlət gənclər siyasətinin əsasının qoyulmasından danışdı.

    Sonra Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, qazi Talıb Qəzənfərli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, GİKM-nin Masallı nümayəndəliyinin tədbirlər və layihələr üzrə mütəxəssisi Məlik Nuriyev əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsində bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsilin yetişmiəsi və Azərbaycan gəncliynini ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirib onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğını qiymətini bilərək Heydər Əliyevi dərin ehtiram hissi ilə xatırladığlarından geniş danışdılar. Natiqlər hər bir gəncə bütün bunların dəyərini bilərək, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmağı tövsiyə etdilər.

    Tədbirin sonunda bir qrup gənci təşkilatçılar tərəfindən “Təşəkkürnamə” ilə mükafatlandırıldı.




    PAYLAŞ:

    Oxşar xəbərlər