"Gənc könüllülər arasında sosial sahibkarlıq çempionatı" Masallıda

"Gənc könüllülər arasında sosial sahibkarlıq çempionatı" Masallıda
  • Masallı / Sosial

  • Masallı gəncləri sosial sahibkarlıq barədə bilik və bacarıqlarını sınayıblar.

    Asiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır-2022” qrant müsabiqəsinin qalibi olan “Gənc könüllülər arasında sosial sahibkarlıq çempionatı” layihəsi Masallı gəncləri üçün açılış tədbiri və ilk təlimi keçirilib.
    Layihə rəhbəri Rafət Şirəliyev iştirakçılara layihə haqqında ətraflı məlumat verərək Gənclər  Fondunun gənclər üçün yaratdığı imkanlardan bəhs edib. O, vurğulayıb ki, üç ay ərzində icra edilən layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşir: “Əsas məqsədi regionda yaşayan gənc könüllülər arasında sosial sahibkarlığın təşviqi və onları öz işini qurmağa həvəsləndirməkdir…”

    Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Fuad Mənsimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva və icra edilən layihənin eksperti Nemət Əliyev çıxışlarında Gənclər həftəsində belə bir layihənin gənclər üçün təşkilinin vacib olduğunu diqqətə çatdırıblar.

    GİKM Masallı nümayəndəliyinin təşkilati dəstəyilə həyata keçirilən ilk təlimdə Masallı rayonunda fəaliyyət göstərən altı müxtəlif dövlət və özəl qurumların könüllülərindən 26 gənc iştirak edib.
    Layihənin ilk təlim günündə gənclər üçün sosial sahibkarlıq ideyalarının müəyyən edilməsi, ideyaların təhlili və qiymətləndirilməsi üzrə komanda çalışmaları və təqdimatlar olub.


    PAYLAŞ:

    Oxşar xəbərlər