Cəlilabadda yeni məktəb binası tikilir

Cəlilabadda yeni məktəb binası tikilir
  • Cəlilabad / Sosial

  • Cəlilabadda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan yeni məktəb binasının tikintisinə başlanılıb.

    Asiya.az xəbər verir ki, tikinti işləri Sərhədabad kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə görülür. 

    Hazırda Sərhədabad kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olan əvvəlki binasında söküntü və eyni zamanda yeni məktəb binasının bünövrəsi üçün qazıntı planlama işləri aparılır.

    Yeni məktəb binası birtipli layihə əsasında 360 yerlik olmaqla inşa ediləcək. Binanın tikintisinə sinif otaqlarından əlavə, açıq və qapalı idman zalları, akt zalı, laboratoriya otaqları və kabinetlər daxildir.
    PAYLAŞ:

    Oxşar xəbərlər