"WhatsApp"dan daha bir YENİLİK

"WhatsApp"dan daha bir YENİLİK
  • Maraqlı

  • "WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək mümkün olacaq.

    Asiya.az
    baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" saytı məlumat dərc edib.

    Qeyd olunur ki, qrup adminlərinin icazəsi ilə təklif olunan reklamlara və ya elanlara münasibət bildiriləcək.

    Şirkət yeni funksiyanın faydalı olacağını diqqətə çatdırıb. Həmçinin istifadəçilərin sadəcə reaksiya əlavə etməklə öz rəylərini bildirə biləcəkləri vurğulanıb.

    Eyni zamanda reaksiya bildirən istifadəçilərin nömrələri gizli saxlanılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər