Yaşı 14-dən 29-dək olan şəxslərin nəzərinə - Fevralın 1-2-si...

Yaşı 14-dən 29-dək olan şəxslərin nəzərinə - Fevralın 1-2-si...
  • Sosial

  • Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün "açıq qapı" olacaq.

    Bu barədə Asiya.az-a nazirlikdən məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

    Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər