DSMF-nin Masallı rayon şöbəsinin müdiri işdən çıxarıldı

DSMF-nin Masallı rayon şöbəsinin müdiri işdən çıxarıldı
  • Masallı / Araşdırma / Sosial

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri Zamin Əliyev tutduğu vəzifədən azad edilib.

    Asiya.az-ın əldə etdiyi məlumata görə şöbə müdiri işində yol verdiyi qanunsuzluqlarla əlaqədar bu vəzifədən uzaqlaşdırılıb.

    Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə hazırda onun əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır. 

    //Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər