Asiya.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəsti Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, rayon veteranlar şurasının sədri Rafiq Əliyev öz həyatını doğma xalqına həsr edən Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurlardan, daxildə əldə olunan ictimai-siyasi sabitlikdən söz açıblar.
Qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Ümummilli liderin həyat və fəaliyyətinin öyrənilməsi həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox mühüm addımdır. Tədbirdə həmçinin Azərbaycan daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Heydər Əliyevin danılmaz rolu diqqətə çatdırılıb və Ümummilli liderin ictimai-siyasi fəaliyyətinə həsr olunan qısamerajlı sənədli film nümayiş olunub.