"Tez böyüyən balaca" - Bənövşə Mahmudqızından yeni şeir

"Tez böyüyən balaca" - Bənövşə Mahmudqızından yeni şeir
  • Sosial

  • Gənc şair, yazar Bənövşə Mahmudqızının yazdığı şeirlər, hekayələr son zamanlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olur.

    Asiya.az bu marağı nəzərə alaraq gənc yazarın yeni - "Tez böyüyən balaca" şeirini təqdim edir.
     
    Tez böyümək istəyən bir balaca varıydı.
    Böyüklərin etdiyin həmişə düz sayardı.
    Nə bilsin ki, balaca 
    Düz bildiyi böyüklər
    Onun həyatında da
    Böyük səhvlər qoyacaq.
    Öz istədiyi tək vaxtından tez böyüdü,
    Səhvlərlə, doğrularla,
    Böyüklüyə yüyürdü.
    Yavaş-yavaş anladı,
    Böyük olmaq yük idi.
    Başaşağı dünyada alnıaçıq, başı dik
    Elə böyümək idi.
    Hamı belə böyümür,
    Bunu o da bilmirdi.
    Bilmirdi ki, böyüklər uşaqlara da düşmən,
    Nəyinki canlılara,
    İnsanlığa da düşmən.
    O uşaq canı ilə,
    Elə ən çox düşünən,
    Balaca böyük idi.
    İndi zaman gəlib ki, 
    Böyük olmaq istəmir.
    Böyümüş balacanın,
    O balaca ürəyin
    Vardır böyük diləyi;
    Cahillik bu dünyada heç vaxt qalib gəlməsin,
    Nə qədər çətin də olsa,
    Kamilliyə gedən yol,
    Çatdığı yolu olsun,
    Son nəfəsinədək faydalı insan olsun!

    PAYLAŞ:

    Oxşar xəbərlər