Cəlilabadda Gənclər Günü qeyd olundu - Fotolar

Cəlilabadda Gənclər Günü qeyd olundu - Fotolar
  • Cəlilabad / Sosial

  • Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

    Asiya.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr, hərbi qulluqçular və fəal gənclər iştirak ediblər.
    Tədbirdə yaradıcı gənclərin xeyriyyə məqsədi ilə təşkil edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən icra başçısı Rafiq Cəlilov rayonun gənclərini əlamətdar gün münasibətilə təbrik edərək əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. RİH başçısı Vətən müharibəsində Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhundan, Vətən müharibəsində qazandığımız parlaq qələbədə gənclərin rolundan danışıb, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayaraq onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini diqqətə çatdırıb.
    Rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov 2022-ci ildə qazanılan uğurlar barədə danışıb.
    Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevridiyini qeyd ediblər.
    Tədbirdə cəlilabadlı gənclər adından Rafiq Cəlilov “Gənclərin Dostu” mükafatı ilə təltif olunub, həmçinin 2022-ci ildə müxtəlif sahələrdə fərqlənən gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilib.
    Ümumrayon tədbiri rəngarəng konsert proqramı ilə davam edib.







    PAYLAŞ:

    Oxşar xəbərlər