Salyanda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Salyanda  2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
  • Sosial

  • Salyan rayonunda  2 Fevral - Azərbaycan Gəncləri Günü münasibət ilə tədbir keçirilib. 

    Asiya.az xəbər verir ki, tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

    Salyan Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş etdirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik etmiş, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulamış, əsası Ulu öndər tərəfindən qoyulmuş və bugün cənab Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmış, Azərbaycan gəncliyinin Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirmişdir. Tədbirdə çıxış edən gənclər Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulamış, onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenticənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

    Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir. Sonra tədbir geniş konsert proqramı ilə davam etdirilmişdir.









    PAYLAŞ:

    Oxşar xəbərlər