Bakının bu ünvanında evlər söküləcək - Sakinlərə 10 gün vaxt verilib

Bakının bu ünvanında evlər söküləcək - Sakinlərə 10 gün vaxt verilib
  • Sosial

  • Bakının Nəsimi rayonu ərazisində fərdi evlər sökülərək yerində hündürmərtəbəli binalar inşa olunacaq.

    Asiya.az
    xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət İlqar İsmayılov küçəsindəki bir və iki mərtəbəli fərdi evlərdən gedir. 

    Belə ki, sakinlərə söküləcək evləri müqabilində 1500 AZN kompensasiya təklif olunub. Tikini işini aparacaq şirkət rəsmiləri sakinlərə kirayə ev tapmaq üçün 10 gün vaxt verib.

    Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu veriləcək.

    Qeyd edək ki, ərazidə yaşayış binasını özəl tikinti şirkəti həyata keçirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər