Cəlilabad yolları ağıllı işıqlandırma ilə təchiz olunur

Cəlilabad yolları ağıllı işıqlandırma ilə təchiz olunur
  • Cəlilabad / Sosial

  • Cəlilabadın avtomobil yollarıda ağıllı işıqlandırma sistemi ilə təchiz olunur.

    Asiya.az xəbər verir ki, Cəlilabad və Göytəpə şəhərlərində ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaət edən və enerji səmərəliliyini artıran, küçə və dalanların fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemlərinin quraşdırılması artıq yekunlaşmaq üzrədir.

    Küçələrin işıqlandırılması ilə yanaşı rayonun daxili avtomobil yollarıda ağıllı işıqlandırma sistemi ilə təchiz olunur. Artıq uzunluğu 3,1 km olan Cəlilabad-Qarazəncir və uzunluğu 9,7 km olan Cəlilabad-Göytəpə avtomobil yolu ağıllı işıqlandırma sistemi ilə təchiz olunmuş və vətəndaşların istifadəsinə verilmişdir. Müasir işıqlandırma sistemləri gecələr avtomobillərin və piyadaların hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərin estetik görünüşünü də gözəlləşdirir.

    Vətəndaşlar görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

    Qeyd edək ki, abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər