Masallıda zibil emalı zavodunun problemi həll olunur

Masallıda zibil emalı zavodunun problemi həll olunur
  • Masallı / Manşet / Sosial

  • Masallıda zibil emalı zavodunun probleminin aradan qaldırılması üçün işlər görülməyə başlayıb.

    Asiya.az
    ARB Cenub-a istinadən xəbər verir ki, 7 il öncə yapon hökümətinin dəstəyi ilə 100 min manata inşa olunan zibil emalı zavodu quraşdırılmışdı.

    Bu o demək idi ki, Masallıda zibillər əsaslı şəkildə təmizlənəcək, həm də bu zibillərdən karton istehsal olunub pul qazanılacaq. Amma qısa müddətdən sonra məişət tullantıları ilə aşıb daşan poliqon rayon sakinlərinin narazılığına səbəb olmuşdu.
    Bir neçə ay əvvələ qədər əraziyə gətirilən məişət tullantıları az qala magistral yola qədər səpələnirdi. Zibilliyin hündürlüyü 7 metrdən yuxarı idi. Üfunət, zir-zibil əlindən bu ərazidən keçmək belə olmurdu. Artıq 2 aya yaxındır bu ərazidə rayon rəhbərliyinin göstərişi ilə məişət tullantılarının zərərsizləşdirilməsi tədbirləri görülür.

    Məhərrəm Əliyev, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi: “40-50 nəfər gündəlik bu ərazinin təmizliyi ilə məşğul olur. Burada ağır texnikalarımız işləyir. Işlədiyimiz müddətdə su idarəsi tərəfindən bizə köməklik olunub. Öz daxili imkanlarımız hesabına öz texnikalarımız bizə köməklik edir. 120 zibil konteyneri alınmışdır. Məişət tullantılarının yığılması üçün rayon İH tərəfindən bizə pres maşınları alınmışdır”.
    Həmçinin ərazidə yarım hektarlıq sahədə küləyə, soyuğa davamlı ağaclar əkilir.

    “Poliqona gələn yolun kənarında 200-ə yaxın şam ağacı əkmişik. Və bundan sonra da işlər davam etdirilir. Poliqonun qarşısında yerləşən torpaq ərazisində yeni yaşıllıq sahəsi və gül-çiçək əkilməsi nəzərdə tutulub”, – deyə Yaşıllaşdırma müəssisəsinin sahə rəisi Adıbaba Əmənov bildirib.
    Hazırda ərazidə xüsusi post qurulub. Yerli bələdiyyəllər ilə müqavilə bağlanıb, xüsusi maşınlar alınıb. Bundan sonra məişət tullantılarının poliqona gətirilməsinə ciddi nəzarət olunacaq. Müqaviləsi olmayan heç bir təşkilat əraziyə tullantı tökə bilməyəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər