“AZAL”ın Masallıdan olan Moskvadakı sabiq federal nümayəndəsi vəfat edib

“AZAL”ın Masallıdan olan Moskvadakı sabiq federal nümayəndəsi vəfat edib
  • Masallı / Cəmiyyət / Araşdırma

  • “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Moskvadakı sabiq federal nümayəndəsi Mahir Yaqubov vəfat edib.

    Asiya.az
    xəbər verir ki, Mahir Yaqubov əslən Masallı şəhərindəndir. Onun qardaşı Zahir Yaqubov Masallıda yaşayır, bacısı Tünzalə Yaqubova Köhnə Alvadı məktəbinin sabiq direktoru olub. Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə keçmiş ərazi nümayəndəsi Laçın Sadıqzadənin dayısıdır.

    Mahir Yaqubovun 23 yaşlı oğlu Azər Yaqubov 2016-cı ildə İsveçrədə faciəli şəkildə dünyasını dəyişib. Belə ki, onun idarə etdiyi “BMW X6″ markalı avtomobil Luqano gölünə düşüb və nəticədə o, yanındakı sərnişin – rusiyalı milyarder Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə birgə boğularaq vəfat ediblər. Azər Yaqubov İsveçrədə yaşayıb və TASİS özəl elit məktəbində təhsil alıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər