Xəzər dənizinin Astara hissəsində külli miqdarda narkotik aşkarlanıb

Xəzər dənizinin Astara hissəsində külli miqdarda narkotik aşkarlanıb
  • Astara / Hadisə

  • Xəzər dənizinin Astaraya aid hissəsində lövbərə bağlanmış 2 ədəd kisə aşkar olunub.

    Bu haqda məlumatı Asiya.az Dövlət Sərhəd Xidmətinə istinadən verir.
    Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda sahildən 11.4 mil məsafədə ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunub.
    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər