Astara sakinindən narkotik və tüfəng aşkar edildi

Astara sakinindən narkotik və tüfəng aşkar edildi
  • Astara / Hadisə

  • Astara sakinin üzərində narkotik və ov tüfəngi aşkar edilib.

    Bu haqda Asiya.az DİN-ə istinadən xəbər verir.

    Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədovdan 10 qramdan artıq, evinə baxış zamanı isə 5 kiloqram 346 qrama yaxın marixuana və qanunsuz saxladığı “BUM” markalı ov tüfəngi götürülüb.
    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər