Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
  • Lənkəran / Hadisə

  • Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

    Piyada vurulması hadisəsi bir neçə gün əvvəl baş versə də rayonun Boladi kənd sakini olan 1975-ci il təvəllüdlü Asif Babayev bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, hadisə Boladi kəndi ərazisində qeydə alınıb. Belə ki, Şəhriyar Nəzərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə həmkəndlisi 1975-ci il təvəllüdlü Asif Babayevi vuraraq ona ağır xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərilməklə paytaxt xəstəxanalarından birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq Asif Babayevin həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır./report
    PAYLAŞ:

    Oxşar xəbərlər