
Asiya.az-ın xezerxeber.az-a istinadla məlumatına görə, satıcılar etiraf edirlər ki, 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlər 2 manata kimi artıb.
İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hazırkı artım süni amillərin təsiri altında yaranıb. Çünki bir müddətdir ki, dünya bazarında kərə yağı və ümumilikdə süd məhsulları 1-2 faiz ucuzlaşıb.
Ekspert vurğulayıb ki, ötən ilin statistik göstəricilərinə əsasən, ölkəmizə 18 min 500 tondan çox kərə yağı idxal edilib və bu 2021-ci ilin göstəricilərindən 23 faiz çoxdur. Daxili istehsal isə 8 faiz azaldığından daxili bazardakı qiymətlər qlobal proseslərə həssasdır.