Türkiyədə zəlzələdə ölənlərin sayı 4 500-ü keçib, 26 721 nəfər yaralanıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 4 500-ü keçib, 26 721 nəfər yaralanıb
  • Sosial

  • Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı  4544-ə çatıb.

    "Report" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.

    Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər