Türkiyədəki faciə ilə əlaqədar bu ölkədə bir günlük milli matəm elan edildi

Türkiyədəki faciə ilə əlaqədar bu ölkədə bir günlük milli matəm elan edildi
  • Siyasət

  • Türkiyədə baş verən zəlzələlərlə əlaqədar Kosovoda 1 günlük milli matəm elan edilib.

    Asiya.az xəbər verir ki, Kosovo prezidenti Vjosa Osmani Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə əlaqədar ölkədə bir günlük milli matəm elan edildiyini açıqlayıb.

    Osmani sosial media hesabından verdiyi açıqlamada, "Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqının ağrısı bizim də ağrımızdır. Ona görə də konstitusiya səlahiyyətlərimə əsaslanaraq, 8 fevral Kosovo Respublikasında milli matəm günü elan edilib”,-deyə o bildirib.

    Qeyd edək ki, dünən Osmaninin göstərişi ilə Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) 30 nəfərlik əsgəri Adem Yaşari hava limanında Türkiyəyə doğru hərəkət edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər