İcra başçısı Aşağı Daşkəsən kəndində qəbul keçirdi - FOTO

İcra başçısı Aşağı Daşkəsən kəndində qəbul keçirdi - FOTO
  • Sosial

  • Fevralın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Aşağı Daşkəsən kəndində vətəndaşlarla keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və  xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

    Asiya.az
    xəbər verir ki, giriş nitqi ilə çıxış edən icra başçısı Əhəd Abıyev Daşkəsəndə vətəndaşlarla görüşlərin davamlı olaraq keçirildiyini, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün aidiyyəti qurumlarla birgə tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

    Son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda görülən işlər barədə geniş məlumat verən Əhəd Abıyev ərazidə xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu bildirib. Həmçinin vurğulayıb ki,  Aşağı Daşkəsən kəndində keçirilən ötən qəbullarda sakinlərin müraciətləri nəzərə alınaraq Aşağı Daşkəsən kəndi qazlaşdırılmış, nasaz elektrik dirəkləri dəyişdirilmiş və bir sıra mühüm işlər görülmüşdür.

    Sonra Əhəd Abıyev sakinlərdən müraciətlərini etmələrini xahiş edib. Sakinlər əsasən kəndə əlavə su mənbələrindən içməli su xəttinin çəkilməsini, avtomobil yollarının cari təmirini və şəxsi məsələlərə dair müraciətlər ediblər.
    İcra başçısı Əhəd Abıyev müraciətlərin həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatlara tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də yuxarı orqanlara çatdırılması üçün nəzarətə götürülüb. 
    Görülən işləri müsbət qiymətləndirən Aşağı Daşkəsən kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




    PAYLAŞ:

    Oxşar xəbərlər