Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün Astaradan humanitar yardım göndərildi - FOTOLAR

Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün Astaradan humanitar yardım göndərildi - FOTOLAR
  • Astara / Sosial

  • Astara Rayon İcra Hakimiyyəti tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün humanitar yardım göndərildi.

    Türkiyə Respublikasında baş vermiş geniş dağıntılara və insan itkisinə səbəb olan güclü zəlzələdən qardaş xalqın zərərçəkən vətəndaşlarına  yaxından köməklik göstərmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dərhal həkimlər, xilasedicilər və könüllülərdən ibarət böyük qrup göndərilmişdir. Bu məqsədlə respublikamızın bütün ərazilərində olduğu kimi  Astara rayonunda da humanitar yardım kampaniyası həyata keçirilir. Ümumi çəkisi 4 ton olan, 7 adda ərzaq və digər ləvazimatlardan ibarət yük Astara rayonundan Türkiyə Respublikasına göndərilməsi üçün yola salınmışdır. 

    Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və türk xalqına bağsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.



    PAYLAŞ:

    Oxşar xəbərlər