Lənkərandan Türkiyəyə humanitar yardım göndərildi - FOTOLAR

Lənkərandan Türkiyəyə humanitar yardım göndərildi - FOTOLAR
  • Lənkəran / Sosial

  • Lənkəran Şəhər İcra Hakimiyyəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə humanitar yardım göndərib.

    Asiya.az
    xəbər verir ki, Fevralın 6-da qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə respublikamızın bütün ərazilərində olduğu kimi Lənkəran rayonunda da humanitar yardım kampaniyası həyata keçirilir. Lənkəran rayonunda insanların şəxsi təşəbbüsü ilə keçirilən kampaniya zamanı əsasən hazır qida məhsullarının və  qış geyimlərinin toplandığı humanitar yardım artıq Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinə göndərilib. Lənkəran Şəhər İcra Hakimiyyəti də can Türkiyəmizin yanında olduğunu nümayiş etdirərək ümumi dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü və 1 ton Lənkəran çayı zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə Kahramanmaraş şəhərinə göndərib. “Lənkəranlılar səninlədir, can Türkiyəm” şüarı altında yola salınan humanitar yardım lənkəranlıların daim türk qardaşlarının yanlarında olduqlarının təzahürüdür.  
     
    Qeyd edək ki, fəlakətin baş verdiyi ilk gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq can Türkiyəyə bütün istiqamətlər üzrə müntəzəm yardımlar davam edir.




    PAYLAŞ:

    Oxşar xəbərlər