Biləsuvarda Türkiyəyə yardım aksiyası keçirilir - FOTO

Biləsuvarda Türkiyəyə yardım aksiyası keçirilir - FOTO
  • Cəmiyyət / CƏNUB

  • 06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə Respublikasına xilasedicilər, müxtəlif əşyalar və ləvazimatlar yardım üçün yola düşmüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Fond tərəfindən qardaş Türkiyə vətəndaşlarına dəstək aksiyası davam etdirilir. 

    Ölkənin paytaxtı ilə yanaşı digər rayon və şəhərlər kimi Biləsuvar rayonu da türkiyəli soydaşlarımız üçün edilən yardım kampaniyasına qoşulmuşdur. 

    Asiya.az-a danışan Biləsuvar rayon ictimaiyyəti nümayəndələri Türkiyənin cənub-şərqində baş vermiş, minlərlə insanların ölümünə səbəb olan zəlzələlərlə əlaqədar həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir. 

    Azərbaycan dövləti və xalqı ilk gündən zəlzələdən əziyyət çəkən dost və qardaş Türkiyənin yanında olmuş, bütün fövqəl gücünü və dəstəyini göstərmişdir. 

    Yardımsevər biləsuvarlılar da qardaş köməyini əsirgəmir, rayon ictimaiyyətinin hər bir üzvü öz dəstəyini göstərməkdədir. Yardım kampaniyaları davam etməkdədir. Töhfə verən hər kəsə minnətdarıq! 
    Biz birlikdə bu ağır sınaqdan çıxacağıq! 
    Allah Türkiyəmizə yar olsun!
    //Asiya.az





    PAYLAŞ:

    Oxşar xəbərlər