Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Qarabağ Müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.
Asiya.az xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun Aşağı Cürəli kəndindən olan Qarabağ Müharibəsi şəhidlərinin ailələrini ziyarət edərək, valideynləri və yaxınları ilə görüşüb, onların vəziyyəti və qayğıları ilə maraqlanıb.
Görüşdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Biləsuvar RİHB-nin məsul əməkdaşları və Aşağı Cürəli kənd icra nümayəndəsi iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şəhid ailələri ilə görüşdə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yağı düşmən üzərindəki Zəfəri ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı.Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.
Şəhid valideynləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.