Deputatdan təklif: “Tələbələrə nəqliyyatda güzəştlər edilsin”

Deputatdan təklif: “Tələbələrə nəqliyyatda güzəştlər edilsin”
  • Manşet / Siyasət

  • "Təyyarə biletlərinin yüksək olması səbəbindən bu gün tələbələrimizin ölkəyə qayıtmasında müəyyən çətinliklər yaşanır”.

    Asiya.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

    Deputat nəqliyyatda tələbələrə güzəştlərin tətbiq edilməsini təklif edib:

    "Məhz bu səbəbdən bizim çoxlu sayda tələbələrimiz qış tətilini ölkəmizdə deyil, məhz təhsil aldıqları ölkələrdə keçirirlər. Digər bir məsələ isə Türkiyədə zəlzələ səbəbindən təhsilin distant təhsilə keçməsidir. Qış müddəti tətil olduğu üçün həmin tələbələrin bir hisəsi Azərbaycana qayıtmışdır. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var idi ki, biletlərin baha olması ilə əlaqədar tələbələr qayıdıb onları götürə bilmirlər. Bütün bunları nəzərə alaraq, tələbələrə həm daxili nəqliyyatda, həm də xaricə təhsil məqsədilə səfərlərdə müəyyən güzəştlərin tətbiqinə baxılmasına ehtiyac var”. 

    "Bu gün dünyada belə təcrübələr kifayət qədər mövcuddur. Eləcə də, qardaş Türkiyədə də bu təcrübə uğurrla tətbiq olunur”, - deyə deputat əlavə edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər