Cəlilabadda qanunsuz tikintinin qarşısı alınıb - FOTOLAR

Cəlilabadda qanunsuz tikintinin qarşısı alınıb - FOTOLAR
  • Cəlilabad / Sosial

  • Cəlilabad rayonunda qanunsuz tikintinin qarşısı alınıb.

    Asiya.az
    xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev prospektində, şəhər sakini Rizvanlı Toğrul Rizvan oğlu tərəfindən qanunsuz olaraq ona məxsus kommersiya obyektinin genişləndirilməsi və vətəndaşlar tərəfindən rayon polis şöbəsinə getmək üçün istifadə edilən ərazidə tikinti işlərinin aparılmasının qarşısı alınmış və tikinti işləri dayandırılaraq sökülmüşdür.

    Qeyd etmək istəyirik ki, Cəlilabad şəhər ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyinə görə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə aidiyyəti şəxslər intizam tənbeh tədbirləri ilə cəzalandırılmışlar.



    PAYLAŞ:

    Oxşar xəbərlər