Biləsuvarda həyat yoldaşının zəhərləndiyini eşidən kişi qəfildən vəfat etdi

Biləsuvarda həyat yoldaşının zəhərləndiyini eşidən kişi qəfildən vəfat etdi
  • Sosial / CƏNUB

  • Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

    Asiya.az
    xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər