Anar İsgəndərov Mollaoba kəndində seçicilərlə səyyar görüş keçirdi - FOTOLAR

Anar İsgəndərov Mollaoba kəndində seçicilərlə səyyar görüş keçirdi - FOTOLAR
  • Masallı / Sosial

  • Bu gün - fevralın 25-də Masallı rayonunun Mollaoba kəndində Milli Məclisin deputatı Anar İsgəndərovla görüş keçirildi. Görüşdən əvvəl Masallı rayon qazisi Seyid Ağa Rəşid Talıbovun iştirakı ilə kənd qəbirstanlığında torpaqlarımızın azad olunması uğrunda şəhid olan əsgərlərimizin xatirəsi yad olundu və ruhlarına dualar oxundu. 

    Tədbir Mollaoba kəndinin mərkəzində xeyriyyəçi Hacı Mirzəxan başda olmaqla kənd camaatının maddi dəstəyi ilə tikilən xeyir-şər evində baş tutdu.Qeyd etmək lazımdır ki bu xeyir-şər evi bu il fevralın ortalarında istifadəyə verilmişdir. 

    Tədbiri qəsəbə icra nümayəndəsi Razim Əsgərov açdı. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqə sukutla yad edildi. Qəsəbə icra nümayəndəsi çıxış üçün sözü Anar İsgəndərova verdi. Millət vəkili görüşə gələn seçicilərini salamladı və bü görüşə gəldiklərinə görə minnətdarlığını bildirdi. Mollaoba sənət mərkəzi kimi məşhur olduğu kimi, dini və dünyəvi elm xadimləri ilə tanınır. Bu ənənə bu gün də davam edir. Mollaobanın iş adamları harda yaşamağından asılı olmayaraq ürəkləri Mollaoba ilə döyünür və bu kəndin bütün quruculuq işlərində yaxından işrirak edirlər.

    Görüşdə kənd ağsaqqalları, şəhid və qazi ailələrini təmsil edən seçicilər dövlətin həyata keçirdiyi islahatları ürəkdən bəyəndiklərini dilə gətirdilər. Otuz il əvvəl insanlar qaz, içməli su, işıq, ərzaq və yollardan əziyyət çəkirdilər. Bu gün yuxarıda saydığımız çətinliklər arxada qalıb. Dövlət kəndin qayğılarını daim diqqətdə saxlayır. Çıxış edənlərin əksəriyyəti deputat Anar İsgəndərovun fəaliyyətindən razılıqlarını bildirdilər. Deputat Anar İsgəndərov da çıxışında qeyd etdi ki, Boradigah qəsəbəsi üç kəndi özündə birləşdirdiyi üçün həm qəsəbənin özündə, həm Babaser kəndində, həm də bu gün Mollaoba kəndində görüş keçirilir. Məişətlə bağlı bir çox məsələ yerində həll edildi.Bir çox məsələlərin həlli müvafiq orqanlar qarşısında qaldırıldı.Deputat Anar İsgəndərov ondan xahiş olunan məsələlərin həllinə hər cür köməklik göstərəcəyinə söz verdi. Belə görüşlərin vaxtaşırı keçirilməsi qərara alındı.










    PAYLAŞ:

    Oxşar xəbərlər