Anar İsgəndərov Dəmirçi kəndində seçicilərlə görüşdü - FOTOLAR

Anar İsgəndərov Dəmirçi kəndində seçicilərlə görüşdü - FOTOLAR
  • Masallı / Sosial

  • Bədəlan Masallı rayonunun qədim tarixə malik kəndlərindəndir. Vaxtilə bu kənd strateji əhəmiyyətinə görə bölgənin geniş bir ərazisinin mərkəzi kimi tanınıb. 1831-ci ildə çar Rusiyasına qarşı üsyanın mərkəzi Bədəlan kəndi olmuşdur.Sovet dönəminin ilk illərində Bədəlan yaxın kəndlərin idarəçiliyini həyata keçirmişdi. Bədəlan bu gün də Masallının inkişaf edən kəndləri sırasındadır. Vaxtilə Masallının ilk çay fabriki, peşə məktəbi Bədəlanda fəaliyyət göstərirdi. Hazırda kənddə iki orta məktəb, həkim məntəqəsi və digər istehsal sahələri fəaliyyət göstərir. 
         
    Bədəlan inzibati ərazi vahidliyinə daxil olan Dəmirçi kəndi tarix boyu sənətkarları ilə tanınıb. Uzun illər məişətdə işlənən bütün mis qablar burda hazırlanırdı. Dəmirçi ustaları tərəfindən hazırlanan qazanlar Azərbaycanın hər yerində məşhurdur. Ehtimal olunur ki, kəndin Dəmirçi adlanması məşğuliyyətləri ilə bağlıdır.
           
    2023-cü il fevralın 25-də Milli Məclisin deputatı Anar İsgəndərovun Dəmirçi kəndində seçicilərlə görüşü oldu. Tədbir öz səliqəsi ilə diqqəti cəlb edən Dəmirçi orta məktəbində keçirildi. Görüşü kənd icra nümayəndəsi Mətanət Paşayeva açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqə sükutla yad edildi, ruhlarına dualar oxundu. Söz prof. Anar İsgəndərova verildi. Anar müəllim görüşə gələn seçicilərini salamladı və hesabatla çıxış etdi. Söz seçicilərə verildi. Məktəbin direktoru Aytən Şükürova seçicilərlə görüşə gəldiyinə görə Anar müəllimə minnətdarlığını bildirdi. Eyni zamanda Anar müəllimdən Bədəlan orta məktəbinin müəllim və şagirdlərinin tarix elmləri doktoru, professor kimi dərsinizi dinləmək istədiklərini bildirdi. Anar müəllim məmnuniyyətlə razılıq verdi. Seçicilərin şəxsi xahişləri ilə yanaşı kəndin maraqlarına xidmət edən təkliflər də verildi. Anar müəllim hər bir seçicinin təklifinə böyük hörmətlə yanaşır və diqqət yetirirdi. Görüşün sonunda məktəbin həyətində seçicilərlə kollektiv çəkil çəkildi.
         
    …Mətanət xanım ixtisasca tarix müəllimidir. 2019-cu il bələdiyyə seçkilərində kəndin bələdiyyə sədri seçilmişdir. Məktəbdə nümunəvi müəllim, bələdiyyə sədri kimi bacarığı  rayon rəhbərliyinin diqqətini cəlb etmiş və bir neçə ay əvvəl kəndin icra nümayəndəsi təyin olunmuşdur. İcra nümayəndəsi kimi fəaliyyətə başlayan Mətanət xanım Bədəlandan kənarda yaşayan, amma doğulduqları kəndləri ilə fəxr edən insanları birləşdirməyə və kənddə kömək əli uzatmağa nail olub.Qısa müddət ərzində diqqətdən kənarda qalan kənd tibb məntəqəsi yüksək keyfiyyətlə təmir olunur və yaxın günlərdə açılışı gözlənilir. Anar müəllim tibb məntəqəsi ilə yaxından tanış oldu və Azərbaycandan kənarda yaşayan bədəlanlı gəncləri xeyriyyəçi əməllərinə görə təbrik etdi. Gələcəkdə də kəndin ehtiyacı olan sahələrinə köməklik etmələrini arzuladı.











    PAYLAŞ:

    Oxşar xəbərlər