Masallıda avtoxuliqanlıq edən saxlanıldı - VİDEO

Masallıda avtoxuliqanlıq edən saxlanıldı - VİDEO
  • Masallı / Manşet / Sosial

  • Sosial şəbəkələrdə toy karvanında avtoxuliqanlıq edən şəxsin videogörüntüləri yayılıb.

    Asiya.az
    xəbər verir ki, həmin görüntülərin Masallı rayonu ərazisində "Ərkivan dairəsi" adlanan yerdə çəkildiyi məlum olub. Sürücü gündüz saatlarında nəqliyyatın və piyadaların sıx hərəkətdə olduğu ərazidə nümayişkaranə şəkildə avtoxuliqanlıq hərəkətləri edir. Görüntülərlə bağlı sorğumuza cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirildi ki, sosial şəbəkələrdə paylaşılan həmin görüntülərlə əlaqədar dərhal Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb. Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub. 

    Bundan başqa həmin vaxt orada olan və müxtəlif qayda pozuntularına yol verən digər 4 sürücü barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər