Ramazan ayının başlama tarixi və Qədr gecələrinin vaxtı açıqlandı

Ramazan ayının başlama tarixi və Qədr gecələrinin vaxtı açıqlandı
  • Araşdırma / Sosial

  • Bu il Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlanıb.

    Asiya.az
    QMİ-nin təqviminə əsasən xəbər verir ki, Ramazan ayı martın 23-də başlayacaq.

    Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

    Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə əsasən, martın 23-ü Ramazan ayının ilk gününə təsadüf edəcək.

    Bunu AZXEBER.COM-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Ramazan ayının 18, 20 və 22-ci günləri Qədr gecələri qeyd olunacaq. Bu isə aprelin 9, 11 və 13-nə təsadüf edəcək.

    QMİ sədri qeyd edib ki, Ramazan ayının 26-cı günü də Qədr gecəsi kimi qeyd edilir. Bu isə aprelin 17-də olacaq.
    Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.


    PAYLAŞ:

    Oxşar xəbərlər