Masallıda "Bədən Tərbiyəsi və İdman Günü" qeyd edildi - FOTOLAR

Masallıda "Bədən Tərbiyəsi və İdman Günü" qeyd edildi - FOTOLAR
  • Masallı / İdman / Araşdırma

  • Masallıda 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib.

     

    Asiya.az xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində keçirilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

     

    Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov bildirib ki, ölkəmizdə idman siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” elan edilib. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan ölkə rəhbəri idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır...” – deyə idarə rəisi qeyd edib.

     

    Sabiq Cahangirov sonra rayon idmançılarının uğurlarından, idarə tərəfindən keçirilən silsilə tədbirlər haqqında məlumat verib.

     

    Sonra 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə, eləcə də rayon idmançılarının uğurlarına həsr edilən videoçarx nümayiş olunub.

     

    Nümayişdən sonra yarışlarda uğur qazanan idmançı və məşqçilər, media nümayəndələri gənclər və idman idarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.






























    PAYLAŞ:

    Oxşar xəbərlər